Bunu mədəniyyət naziri Adil Kərimli iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, Laçın şəhərinin “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi şəhərin mədəni dirçəlişi və beynəlxalq əməkdaşlıq sisteminə fəal inteqrasiyası üçün mühüm təkan olacaq.
"2020-ci ildə ərazilərimizin işğaldan azad olunmasından sonra, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Azad olunmuş ərazilərin bərpa konsepsiyası yalnız infrastrukturun və abidələrin fiziki yenidən qurulmasını deyil, həm də mədəni həyatın dirçəlişini nəzərdə tutur", - deyə A.Kərimli diqqətə çatdırıb. (AZƏRTAC)