Tamaşa Üzeyir Hacıbəylinin felyetonlarından ilhamlanaraq hazırlanıb.
Əsərdə müəllifin yumor və satira ilə qələmə aldığı sosial mövzulara yaradıcı və fərqli yanaşma nümayiş etdirilib.
Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, musiqi dizaynı Azər Hacıəsgərlidir.
Tədbir iştirakçıları belə layihələrin Şuşanın mədəni həyatına rəng qatdığını, milli irsin qorunması və təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Tamaşa, eyni zamanda, gənc istedadların dəstəklənməsi və səhnə təcrübəsinin artırılması baxımından da uğurlu təşəbbüs kimi dəyərləndirilib. (APA)