17.06.2025, 04:04
AZ EN
21.05.2025, 15:00 333

Milli Qəhrəmana həsr edilmiş tamaşa hazırlanır

XƏBƏRLƏR
  • Sumqayıt Dövlət Dram Teatrında Birinci Qarabağ Müharibəsinin iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Ölməz” adlı tamaşa hazırlanır.

Səhnə əsəri yazıçı Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında hazırlanan qəhrəmanlıq dramıdır. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Ümid Abbaszadədir.

Monotamaşada gənc aktyor Elay Xasıyev çıxış edəcək.

Tamaşanın premyerası yaxın vaxtlarda keçiriləcək.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR