Kitabxanadan bildirilib ki, virtual sərgidə Ümummilli Lider Heydər Əliyevin həyat yolundan, ictimai, siyasi fəaliyyətindən bəhs edən Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilər.
Ənənəvi sərgidə isə Heydər Əliyev irs, onun Azərbaycan tarixində, mədəniyyətində, elmin inkişafında rolu haqqında ədəbiyyatlar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotoalbomlar nümayiş olunur. (AZƏRTAC)