Mərkəzdən bildirilib ki, sözügedən müsabiqənin keçirilməsində məqsəd Mirzə Qədim İrəvaninin yaradıcılığının və eləcə də erkən Azərbaycan milli modern rəssamlıq ənənələrinin xaricdə, eyni zamanda, gənc nəsillər arasında daha geniş təbliğ olunmasını təmin etmək, onun yaradıcılığını gələcək nəsillərə daha geniş şəkildə tanıtmağa imkan yaratmaqdır.
Müsabiqəyə qatılmaq üçün istənilən yaşdan olan rəssamlar, naqqaşlıq və dekorativ sənət sahəsində fəaliyyət göstərən istedadlı şəxslər dəvət olunurlar.
Müsabiqəyə təqdim edilmiş əsərlər təşkil edilmiş müvafiq komissiya tərəfindən qiymətləndiriləcək.
Qaliblər və seçilmiş əsərlər Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək xüsusi sərgidə nümayiş etdiriləcək, qaliblər mükafatlandırılacaq. (AZƏRTAC)