Bu barədə ictimai birliyin sədri Şəhla Nağıyeva məlumat verib.
O bildirib ki, bundan əvvəl “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şuşanın dağları başı dumanlı” adlı bədii-sənədli film hazırlayıb. İctimai Televiziyanın bazasında çəkilən film artıq televiziyada yayımlanıb. Şuşa şəhərinin salınma tarixinə həsr edilmiş film bu tarixə arxiv sənədləri, dünyaca məşhur yazıçı və tarixçilərin əsərləri əsasında işıq salır.
İctimai birlik yeni layihə çərçivəsində həmin filmin ingilis dilində dublyaj edilərək yayılmasını nəzərdə tutur.
“Şuşanın dağları başı dumanlı” filminin mətninin BBC televiziyasının məşhur aparıcılarından birinin səsləndirməsi planlaşdırılır.
Filmin ssenari müəllifi Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovdur. (AZƏRTAC)