Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində sərəncam imzalanıb. Sərəncama əsasən 20 noyabr - Ağdam şəhəri günü elan olunub.
2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis olunub.
Bu tarixi gün münasibətilə Milli Kitabxanada “20 Noyabr - Ağdam Şəhəri Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib.
Bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Ağdam şəhəri, eləcə də aparılan bərpa-quruculuq işləri haqqında, Vətən müharibəsi və Böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar Azərbaycan, rus, ingilis dillərində nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər aşağıdakı linkindən istifadə edə bilərlər.
https://anl.az/el/vsb/Agdam_sheher_Gunu/index.htm
Günel QULİYEVA