İngiltərənin məşhur bir şirkəti 1906-1920 illər ərzində böyük sənətkarın səsi ilə 40-dan artıq val buraxaraq dünyaya yaymışdı. Bu gün Böyük Britaniyanın Kral kitabxanasında Məcid Behbudovun səsi yazılmış 40 val qorunur.
Fransanın Pate şirkəti də Məcid Behbudovun səsi yazılmış onlarla val buraxmış və dünyada geniş yaymışdır. Pate şirkətinin buraxdığı valların nüsxəkəri isə Fransa Milli kitabxanasında qorunur.
Mahir muğam ifaçısı, zadəgan əsilli, köklü Şuşalı Məcid Behbudov öz əvəolunmaz sənəti ilə yanaşı, mədəniyyətimizə bəxş etdiyi üç istedadlı övladı ilə də böyük töhfə vermişdi. Qeyd edək ki, Ənvər Behbudov, Məcid bəyin böyük oğlu, rejissor, teatr xadimi, aktyor olub. O, Rusiyanın Xalq artisti fəxri adına layiq görülmüş ilk azərbaycanlıdır. Nəcibə Behbudova məşhur teatr və kino aktrisası, Azərbaycanın Əməkdar aktrisası idi. Məcid bəyin kiçik oğlu olan Rəşid Behbudov isə SSRi Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, müğənni, aktyor, ilk Mahnı Teatrının yaradıcısı və rəhbəri olub.
Hazırladı: Mina RƏŞİD