Belə ki, ARKA-nın maliyyə dəstəyi ilə müsabiqənin qaliblərindən olan “Borc” bədii filminin çəkilişlərinə başlanılır. Bakı Media Mərkəzinin istehsal edəcəyi filmin rejissoru və prodüseri Orman Əliyev, ssenari müəllifi İsmayıl İmandır.
Qeyd edək ki, 90 dəqiqəlik tammetrajlı bədii film 44 günlük Vətən müharibəsindəki Qələbəmizə həsr olunub.
“Borc” filmi Orman Əliyevin rejissor kimi bədii kinoda debütüdür.
Ekran əsəri bir DJ-in koronavirus pandemiyası dövründə başına gələn hadisələrdən bəhs edir. Filmin qəhrəmanı könüllü olaraq həmin ərəfədə baş verən İkinci Qarabağ müharibəsində döyüşməyə yollanır...
Bakı Media Mərkəzi Qələbənin 5-ci ildönümü münasibətilə tamaşaçılara sənədli və bədii filmlər silsiləsi təqdim edəcək. “Borc” bu münasibətlə böyük ekranda göstəriləcək ilk bədii film olacaq. Filmin 2025-ci ilin ilk aylarında təqdim olunması nəzərdə tutulur.
Hazırladı: Mina RƏŞİD