Milli musiqi irsimizlə bağlı bu plagiatlığın qarşısının alınması istiqamətində Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi tərəfindən birgə iş aparılır.
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi bu işdə dəstəyə və erməni oğurluğuna qarşı etiraz münasibəti göstərildiyinə görə geniş ictimaiyyətə təşəkkürünü bildirir.
İlkin mərhələdə artıq erməni ifaçının “Sirun jan” mahnısının bir sıra Youtube səhifələrində silinməsinə nail olunub. Bu mahnının digər musiqi platformalarından (“Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və s.) da silinməsi və qadağan edilməsi istiqamətində işlər davam etdirilir. (APA)