Bu sözləri müsahibəsində Əməkdar artist Təyyar Bayramov deyib.
“Artıq neçə illərdir muğam müsabiqələri keçiriləndə arzulayırdıq ki, bu yarışmalar Şuşamızda keçirilsin. “Xarıbülbül” festivalından sonra ilk dəfə olaraq muğam müsabiqəsinin Şuşamızda keçirilməsi çox qürurverici hadisədir. Bu münasibətlə bütün xalqımızı, muğamsevərləri təbrik edirəm. İnşallah bundan sonra da belə tədbirlər çiçəklənən Qarabağımızda tez-tez təşkil olunacaq”,- deyə T.Bayramov bildirib. (AZƏRTAC)