Filarmoniyadan "İki sahil"ə verilən xəbərə görə, böyük coşqu və anşlaqla keçən konsert proqramını "Qarabağ" ansamblı müşayiət edib.
Mənsum İbrahimovun Xalq artisti tarzən Elçin Həşimovun, Əməkdər artistlər kamança ifaçısı Elnur Əhmədovun və nağara ifaçısı Kamran Kərimovun müşayiəti ilə təqdim etdiyi Azərbaycan muğamları və xalq mahnıları tamaşaçılar tərəfindən dərin rəğbətlə qarşılanıb.
Sonda Mənsum İbrahimov gəncəlilərə təşəkkür edərək onların muğam sənətinə dəyər verən insanlar olduğunu vurğulayıb.
Konsert proqramında, həmçinin Xalq artistinin öz yetirmələri Sədəf Budaqova və Gülzar Fərəcova da çıxış ediblər.
Sonda Mənsum İbrahimovun torpaqlarımızın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizə, qazilərimizə həsr etdiyi "Zəfər" mahnısını tamaşaçılar ayaq üstə alqışlayıblar.
Hazırladı: Mina RƏŞİD