27.06.2025, 22:27
AZ EN
26.08.2023, 20:19 334

"Laçın Şəhəri Günü" tədbirləri çərçivəsində “Arşın mal alan” operettası təqdim olunub

XƏBƏRLƏR
  • Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçında keçirilən şəhər günü tədbirləri davam edir.

"Laçın Şəhəri Günü" tədbirləri çərçivəsində avqustun 26-da Həkəri çayının sahilində, bulvar ərazisindəki əsas səhnədə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təqdimatında dahi bəstəkar Ü.Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş etdirilib.

Aktyor heyətinin məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb. (Report)

Oxşar xəbərlər