28.06.2025, 10:47
AZ EN
13.04.2023, 11:21 287

Azərbaycan idmançıları bu gün İrəvana yollanır

XƏBƏRLƏR
  • Hərbi ekspert Ədalət Verdiyev özünün "Facebook" şəxsi hesabında bildirib ki, bu gün Azərbaycanın ağır atletləri və nümayəndə heyəti Avropa çempionatında iştirak etmək üçün İrəvana yollanır: "Yarışdakı heyətimiz 12 nəfərdən ibarət olacaq. İdmançılar Tbilisidən tranzitlə Ermənistana səfər edirlər.

Daha öncə beynəlxalq ağır atletika federasiyaları azərbaycanlı idmançılarına İrəvanda təhlükəsizlik zəmanəti verdiyi məlum olub.

Avropa çempionatı 15-23 aprel tarixlərində baş tutacaq. Komandamıza uğurlar arzu edirəm. Yaxın günlərdə İrəvanda Himnimizin səslənməsinə və Bayrağımızın qaldırılmasına tam inanıram", - deyə hərbi ekspert vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər