Məqalədə ermənilərin tarixin bütün mərhələlərində yaşadıqları ölkələrdə hər fürsətdə müxtəlif saxtakarlıqlar etdikləri qeyd olunub. Müəllif diqqətə çatdırıb ki, bu faktlar tanınmış türk professoru Yusif Halaçoğlunun “Haber Türk” telekanalında jurnalist Fatih Altaylının “Teke Tek” proqramında tarixi mənbələrlə əsasən təqdim edilib.
Müıllif türkiyəli tanınmış professora istinadla bildirib ki, erməniləri Azərbaycan ərazisində məqsədyönlü şəkildə yerləşdirən çar Rusiyasından sonra bolşeviklər azərbaycanlıların qədim torpaqlarında onlar üçün qondarma dövlət yaradıblar. Hələ Səfəvi dövləti zamanı mövcud olan İrəvan xanlığından tədricən didərgin salınan yerli əhalinin doğma yurdlarında Hindistan ərazisindən qovulan erməni tayfaları məskunlaşmağa başlayıb. Leninin yaxın silahdaşı olan bolşevik, əslində isə gizli daşnak Olan Stepan Şaumyanın da məhz öz baba yurdunda - Hindistan torpaqlarında basdırıldığı fərziyyələri də təsadüfi deyil. Anadoluda, Azərbaycanda və digər ölkələrdə məskunlaşan ermənilər sonradan həmin dövlətlərə qarşı fitnə və xəyanətlər törətdilər.
Müəllif yazır ki, erməni saxtakarlıqları barədə tarixi mənbələri göstərən Türkiyədə yeni çapdan çıxmış kitabda “əzabkeş xalqın” nə dərəcədə fitnəkar və hiyləgər, eyni zamanda, xəyanətkar olduğu faktlar əsasında təqdim olunub. Maraqlı olan budur ki, onların bu naqis əməlləri barədə öz alimləri və yazıçıları yazıblar. Türk, rus və ingilis dillərində olan qiymətli tədqiqat əsərləri sırasında tarixçi və etnoqraf alim Kamran İmanovun “Erməni xalq nağılları”, “Gəldim, gördüm...götürdüm” kitablarında maraqlı faktlar yer alıb. Məsələn, erməni şairi Yeqişe Çarens yazırdı ki, “bizdə riyakarlıq, ikiüzlülük hələ ana bətnində formalaşır”. Digər erməni şair və yazıçısı Ovanes Tumanyan isə qeyd edirdi ki, “həqiqi qurtuluş daxildən başlamalıdır, amma biz məhz daxildən xəstəyik. Bizim bədheybət tayfamız heç vaxt siyasi cəhətdən müstəqil olmayıb”. Ən maraqlısı isə N.S.Vartapetovun fikirləridir: “Erməni kilsəsi xristian bayrağı altında silahlanaraq, bütün zamanlarda tarixi Albaniya və onun ayrılmaz hissəsi olan Qarabağın xalqlarını məhv edib”.
Məqalədə qeyd olunub ki, tanınmış tarixçi alim K.Patkanov, Gevorq Aslanın əsərlərində də xəyanətkar erməni xisləti haqqında fikirlər yer alıb. Eyni zamanda, erməni tarixçiləri S.Lexasi, ədəbiyyatşünas Manuk Aqebyan, Levon Daqebyan və digərlərinin əsərlərində də ermənilərin kökü və tarixi olmadığı barədə mülahizələr təqdim edilib. B.İşhanyan adlı erməni tarixçisi isə 1916-cı ildə nəşr etdirdiyi “Narodnosti Kavkaza” adlı kitabında yazırdı ki, “Qarabağda yaşayan və erməni olmayan əhalinin bir hissəsi qədim albanların nəslindən olan yerlilər, digər qismi isə Osmanlı imperiyası və İraqdan gəlmiş qaçqın ermənilərdir. Azərbaycan ərazisi sonuncular üçün təqibdən qurtuluş yeri olub”. (AZƏRTAC)