27.06.2025, 12:19
AZ EN
12.11.2022, 18:45 223

Son sutkada 52 nəfər koronavirusa yoluxub

XƏBƏRLƏR
  • Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 52 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 2 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 823 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 525 nəfər müalicə olunaraq sağalıb, hazırda 199 aktiv xəstə var. Bu günə qədər 9 961 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 745, bu günə qədər isə ümumilikdə 7 343 007 test icra olunub.

Azərbaycanda son sutkada 665 nəfər vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 196, ikinci doza vaksinlərin sayı 136 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 276-dır. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 57 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 915 384 olub.

Oxşar xəbərlər