16.12.2025, 18:34
AZ EN
05.12.2025, 12:53 209

Cəbrayıl qəsəbəsində sakinlərin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 10 saylı Cəbrayıl qəsəbəsində sakinlərlə səyyar görüş-qəbul keçirib. Qəsəbədə fəaliyyət göstərən klubda keçirilən qəbulda Aparatın məsul əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

İcra başçısı görüşdə dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və işğaldan azad olunmuş Cəbrayıl rayonunda aparılan quruculuq işlərindən və əhalinin rayona qayıdışından söhbət açıb.

RİH başçısı Kamal Həsənov sonra vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.
Rayon sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Mina RƏŞİD

Oxşar xəbərlər