Seminarın keçirilməsində əsas məqsəd qayıdış hüququnun beynəlxalq hüquq çərçivəsində müzakirəsi, avropalı gənclərin diqqətinin Qərbi Azərbaycan həqiqətlərinə yönəldilməsi və yeni əməkdaşlıq imkanlarının təşviqi olub. Tədbir Avropada yaşayan əcnəbi gənclərin fəal iştirakı ilə baş tutub.
Seminarın moderatoru AYİD-in sədri Fərqanə Bayramlı olub. O, gənclərin Qərbi Azərbaycan həqiqətləri barədə məlumatlılığının artırılmasının, onların beynəlxalq müzakirələrə cəlb edilməsinin və tarixi ədalətin bərpasına yönəlmiş təşəbbüslərdə iştirakının vacibliyini vurğulayıb.
Köln, Varşava və Budapeştdə keçirilən tədbirlər göstərib ki, avropalı gənclər, həmçinin xaricdə təhsil alan azərbaycanlı gənclər mövzuya böyük maraq göstərir və bu prosesdə fəal şəkildə iştirak etməyə hazırdırlar.
Dünya Azərbaycanlıları Gənclər Təşkilatı gələcəkdə də Qərbi Azərbaycan mövzusunda maarifləndirici layihələr həyata keçirməyi planlaşdırır. (AZƏRTAC)