Bu mövzular Bakı Avrasiya Universitetində keçirilən “Azərbaycan 2030: Milli Prioritetlər və Böyük Qayıdış” adlı dəyirmi masada geniş müzakirə olunub. Tədbir Regionşünaslıq və iqtisadiyyat fakültəsinin Sosial və siyasi fənlər kafedrasının təşkilatçılığı həyata keçirilib.
Tədbirin açılışında çıxış edən kafedra müdiri, t.ü.f.d., dosent Aybəniz Rüstəmova vurğulayıb ki, Azərbaycan qarşıdakı dövrdə yeni çağırışlarla qarşılaşır və bu çağırışlara cavab verə biləcək çevik idarəetmə mexanizmlərinin tətbiqi aktuallaşır.
Böyük Qayıdış proqramının mahiyyəti barədə danışan Ümumi fənlər kafedrasının müdiri Sevil Bəhmənova qeyd edib ki, bu strategiya yalnız fiziki infrastrukturun deyil, sosial-iqtisadi və mədəni həyatın bərpasını da əhatə edir.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə sosial siyasətdəki dəyişikliklər, həyata keçirilən humanist və inklüziv islahatlar barədə danışaraq, onların Böyük Qayıdış prosesindəki roluna diqqət çəkib.
Tədbirdə digər ekspertlər və akademiklər də müxtəlif mövzularda təqdimatlarla çıxış edərək fikir mübadiləsi aparıblar. Sonda iştirakçılarla xatirə şəkli çəkilib.
Tahirə AĞAMİRZƏ