İctimai birliyin məlumatında bildirilir ki, düşərgənin başlanmasından öncə iştirakçılar üçün Kosmik Akademiyanın ofisində ətraflı məlumatlandırma sessiyası təşkil edilib. Sessiya çərçivəsində məktəbli şəhid övladlarına düşərgənin məqsəd və məzmunu, gündəlik fəaliyyət planı, təhlükəsizlik qaydaları və ümumi davranış prinsipləri barədə məlumat verilib. Ümumilikdə, düşərgə çərçivəsində iştirakçılar yüksək texnologiyalar, kosmos, innovasiya və süni intellekt kimi sahələrdə təcrübələr əldə edəcək və müasir texnoloji alətlərdən istifadə edərək praktik məşğələlərdə iştirak edəcəklər.
Qeyd edək ki, düşərgə 30 noyabr tarixinədək davam edəcək.