Bunu növbəti karvanla Kəlbəcər şəhərinə köç edən keçmiş məcburi köçkün Mahmud Ələsgərov jurnalistlərə açıqlamasında deyib.
M. Ələsgərov qeyd edib ki, Kəlbəcərdə yaxşı şərait yaradılıb və onlar hazır evlərə yerləşəcəklər.
"Düzdür, çox şey itirdik, anamızı, atamızı itirdik, vətən deyə-deyə getdilər. İndi onların əvəzinə nəvələri qayıdır. Bu günümüzə şükür. Anamı burada torpağa tapşırıb o biri anamın qoynuna gedirəm", - o bildirib. (Report)