Bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 13-də Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
“Ümumi təhsil pilləsi üzrə işğaldan azad edilmiş ərazilərdə son üç ildə görülmüş işlərə dair qeyd etmək istərdim ki, bu dövrdə 20 ümumtəhsil məktəbi hazır vəziyyətə gətirilib. Onlardan 18 məktəb artıq fəaliyyət göstərməkdədir. Hazırda bu məktəblərdə 3500-dək şagird təhsil alır, 380 müəllim və 140 texniki işçi çalışır”, - deyə nazir vurğulayıb. (AZƏRTAC)