Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işlərindən bəhs etdi. Rayon rəhbəri çıxışında eyni zamanda şəhid ailələrinə, müharibə əlillərinə, keçmiş məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan söz açdı.
Ümumilikdə görüş zamanı İcra Hakimiyyətinin başçısı tərəfindən bütün müraciətlər dinlənilib, vətəndaşlara qanunvericiliyə uyğun izahatlar verilib, bəzi məsələlərin icrası dərhal nəzarətə götürülüb. Sakinlər keçirilən səyyar qəbulun onların problemlərinin dinlənməsi və həlli baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Hazırladı: Mina RƏŞİD