- Cəbrayıl Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən 27 sentyabr - Anım gününün beşinci ildönümü ilə əlaqədar 44 günlük Vətən müharibəsinin əbədiləşdirilməsi, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə rayonun ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssislərində məktəblilərin və kiçik yaşlıların əl işlərindən ibarət sərgi təşkil edilib.
Sərgilənən işlərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun düşmən üzərində qələbəsi əks etdirilib.
Mina RƏŞİD