26.09.2025, 04:16
AZ EN
22.09.2025, 13:29 143

Keçmiş məcburi köçkün: Bu yaşımda yenidən doğma yurda qayıtmaq nəsibim oldu

XƏBƏRLƏR
  • Bu gün arzularımız gerçəyə çevrilir. 33 ildən sonra yenidən doğma torpaqlara qayıdıram. Keçirdiyim hissi sözlə ifadə etmək çətindir.

Bu sözləri Tərtərdə açıqlamasında Ağdərənin Həsənriz kəndinə köç edən keçmiş məcburi köçkün Zərifə Quliyeva deyib.

“Doğma torpaqlardan məcburən köçəndə cavan idim, indi isə saçlarıma dən düşüb. Çox sevinirəm ki, bu yaşımda yenidən doğma yurda qayıtmaq nəsibim oldu. Bu sevinci bizə yaşadanlara – Prezidentimizə, Ordumuza minnətdarlığımı bildirirəm”, - deyə Z. Quliyeva bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər