Bunu Kəlbəcər rayon sakini Zamin Məmmədov deyib.
O, gənc nəslin yaxın tarixdə baş verənləri yaddaşlarında yaşatmalı olduqlarını vurğulayıb:
"Rayon işğal olunanda 6 yaşım vardı. Məcburi köçkünlük dövründə bir sıra rayonlarda yaşadıq, 38 illik ömrümün yarısından çoxu köçlə keçib. İndi isə artıq doğma yurda qayıdırıq.
Bu qayıdış bizim boynumuza çox böyük mənəvi yük qoyur. İndiyə qədər başımıza gətirilmiş müsibətləri unutmağa haqqımız yoxdur. Övladlarımız bu tarixi yaddaşlarında mütləq yaşatmalıdırlar".