27.09.2025, 12:29
AZ EN
15.08.2025, 10:57 369

“Xankəndi hekayəsi” filminin təqdimatı – yaddaşları oyadan bir görüş

XƏBƏRLƏR
  • “Xankəndi hekayəsi” filminin təqdimat mərasimi keçirildi.

Bu barədə Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva xəbər verib. O, bildirib ki, tədbir, təkcə bir filmin nümayişi deyil, həm də yaddaşlara, keçmişimizə və gələcəyimizə bir baxış idi: “Zalda toplaşan hər kəs üçün bu film sadəcə ekran əsəri deyil, hər kadrda tarixin izləri, hər səsində doğma yurd həsrətini daşıyan bir hekayə idi”.

QHT sədri sonra qeyd edib ki, təqdimat mərasimində ölkənin müxtəlif bölgələrindən gəlmiş vətəndaş cəmiyyəti fəalları, qeyri-hökumət təşkilatları (QHT) sədrləri, ictimai xadimlər, televiziya kanalları və xəbər saytlarının rəhbərləri iştirak etdilər. Onların hər biri filmin mövzusu ilə bağlı həm peşəkar, həm də şəxsi hisslərin bölüdülər.

X.Vəliyeva bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə ərsəyə gəlib. Bu, bir daha göstərir ki,  dövlət dəstəyi ilə həyata keçirilən layihələr milli yaddaşın qorunması baxımından böyük əhəmiyyət daşıyır.

“Xankəndi Hekayəsi” filmi, işğal illərindəki insan taleləri, məcburi köçkünllərin yaşadığı ağrıları və bu torpaqlara geri dönüşün sevincini özündə birləşdirir. Film tamaşaçılara həm keçmişi xatırladır, həm də  gələcəyə ümid verir. Bu sənədli film Xankəninin təkcə xəritədə bir şəhər olmadığını, həm də yüzlərlə minlərlə insanın yaddaşında və ürəyində yaşayan bir Vətən simvolu olduğunu göstərir.

Tədbirin sonunda iştirakçılar filmin yaradıcı heyətinə təşəkkürlərini bildirərək, bu cür layihənin davamlı olmasının vacibliyin vurğulayıblar. “Xankəndi Hekayəsi” – sadəcə bir film deyil, bu torpaqlara, bu insanlara, bu tarixə yazılmış bir məktubdur.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər