Bu sözləri jurnalistlərə müsahibəsində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev söyləyib. O bildirib ki, əvvəlki illərdə keçirilən konsertlərdən toplanılan vəsait işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən müəyyən bərpa işlərinə artıq yönəldilib.
“Xeyriyyə konsertindən toplanılacaq vəsait Qarabağda İşğal və Zəfər Muzeyi Kompleksinə yönəldiləcək”, - deyə R.Hacıyev əlavə edib. O vurğulayıb ki, ümumilikdə ötən illərdə “Qarabağ gecəsi” xeyriyyə konsertindən 400 mindən artıq vəsait toplanılıb, bu konsertdən də əldə edilən vəsaitin 100 min manat civarında olacağı gözlənilir. (AZƏRTAC)