07.08.2025, 19:42
AZ EN
08.07.2025, 13:06 261

Cəbrayıl sakinlərinin Qobu Park 3-də səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park 3-də fəaliyyət göstərən rayonun 1 saylı tam orta məktəbində rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Qəbulda icra başçısı ilə yanaşı aparatın məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.

Görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov sakinləri salamlayaraq, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların mərkəzində Azərbaycan vətəndaşının dayandığını vurğulayıb. Bildirilib ki, regionlarda keçirilən səyyar görüşlərin məqsədi yerlərdə əhalinin üzləşdiyi problemlərin operativ şəkildə müəyyən edilməsi, həll imkanlarının dəyərləndirilməsi və sosial rifahın artırılmasıdır. Daha sonra rayon rəhbəri qəbul iştirakçılarını işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı maarifləndirib, görülən işlərdən danışıb.
Qəbulda rayon sakinləri tərəfindən səsləndirilən təkliflər və problemlər diqqətlə dinlənilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, digərlərinin araşdırılması və icrası nəzarətə götürülüb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər