Bu sözləri Ağdam rayonunun Kəngərli kəndinə köç edən azyaşlı Məmmədli Rüqəyya deyib.
O bildirib ki, Kəngərlini görməyib, amma qəlbi orada yaşamaq həvəsi ilə doludur: “Böyüklər tez-tez Ağdamdan danışırlar. Mən də o yerləri görmək istəyirəm. Deyirlər çox gözəldir, təbiəti, havası başqadır. İndi isə artıq orada oxumaq imkanım olacaq. Həyəcanlıyam və çox sevinirəm”.
R.Məmmədli deyib ki, dərslərində yaxşı oxumağa, savadlı vətəndaş olmağa çalışacaq: “Mən çalışacağam ki, yaxşı təhsil alım və gələcəkdə elə Ağdamda işləyim, insanlara xidmət edim”.
O, həmçinin şəhidlərimizə rəhmət diləyib, qazilərə cansağlığı arzu edib. (AZƏRTAC)