Mingəçevir şəhəri 13 saylı tam orta məktəbdə keçirilən görüşdə Mingəçevir şəhər məktəblərindən məzun olacaq 300-ə yaxın abituriyent və onların valideynləri iştirak edib.
Qarabağ Universitetin rektoru Şahin Bayramov Qarabağ Universitetinin tədris imkanları, akademik proqramları, sosial mühiti və gələcək planları haqqında ətraflı məlumat verib.
Görüşdə həmçinin abituriyentlər üçün universitetin sosial və akademik həyatına dair müvafiq video və təqdimatlar nümayiş etdirilib, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Tahirə AĞAMİRZƏ