- Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin mayın 23-də Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Goranboy, Xocalı rayonları və Naftalan şəhərinin sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişib.
Nazirlikdən bildirilib ki, qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək. (AZƏRTAC)