28.06.2025, 01:17
AZ EN
15.05.2025, 09:23 253

Qarabağ Universiteti abituriyentlər üçün növbəti təbliğat görüşləri keçirib

XƏBƏRLƏR
  • Qarabağ Universiteti 2025/2026-cı tədris ilində abituriyentlər üçün təbliğat kampaniyasına davam edir.

Növbəti görüşlər Bakı şəhərində yerləşən Sabunçu rayon 307 nömrəli tam orta məktəb və Suraxanı rayon S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyada keçirilib.

Görüşdə Qarabağ Universitetinin Humanitar və sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva, İncəsənət fakültəsinin kafedra müdiri Arslan Növrəsli, Beynəlxalq Dil Mərkəzinin müəllimi Aytac Yolçuyeva və abituriyentlər iştirak ediblər.

Görüş zamanı universitetin nümayəndələri iştirakçılara təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı ətraflı məlumat təqdim ediblər. Təqdimatla çıxış edən nümayəndələr universitetdə tədris olunan proqramlar, fakültələr və mövcud ixtisaslardan bəhs edib, tələbələrə təqdim olunan akademik imkanları diqqətə çatdırıblar.

Abituriyentlər tələbələrin xarici dil biliklərinin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərən Beynəlxalq Dil Mərkəzinin işi, onun təklif etdiyi kurslar və mərkəzin tələbələrin qlobal əmək bazarına inteqrasiyasında rolu, həmçinin universitetin akademik mühiti, elmi-tədqiqat fəaliyyəti barədə məlumat əldə ediblər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər