27.06.2025, 21:19
AZ EN
14.05.2025, 19:00 242

"Zəkaların mübarizəsi" olimpiadasının respublika mərhələsində iştirak edəcək komandaların üzvləri ilə görüş keçirilib

XƏBƏRLƏR
  • Mayın 14-də Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov "Zəkaların mübarizəsi" olimpiadasının respublika mərhələsində iştirak edəcək şahmat istiqaməti üzrə Cəbrayıl rayon və bilik yarışı istiqaməti üzrə isə Zəngilan rayon komandalarının üzvləri ilə görüşüb.

Görüş çərçivəsində idarə müdiri "Zəkaların mübarizəsi" olimpiadasının gənclərin intellektual inkişafı üçün mühüm bir platforma olduğunu vurğulayıb. İştirakçıları təbrik edərək onlara respublika mərhələsində uğurlar arzulayıb. Həmçinin görüş çərçivəsində şagirdlərə kitablar hədiyyə olunub.

Qeyd edək ki, olimpiada Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə təşkil edilir. Olimpiadanın keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, müxtəlif regionlardan olan şagirdlər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə öyrənməyə təşviq etməkdən ibarətdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər