Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, namizədlər müvafiq vəsiqə və sertifikatlara malik olmalı, onların həmin sahədə 2 ilə qədər iş stajı olmalıdır.
Təminatlar:
Maraqlananlar əlaqə telefonunu göstərməklə aşağıdakı sənədləri career@anama.gov.az ünvanına göndərməlidirlər:
∙ müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;
∙ şəxsiyyət vəsiqəsinin surəti;
∙ təhsilə dair sənədlərin surəti (attestat, vəsiqə, sertifikat, arayış və s.);
∙ əmək kitabçasının surəti.
Sənəd qəbulu cari ilin mayın 31-dək həyata keçiriləcək.
Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.
Maraqlananlar əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilərlər. (AZƏRTAC)