Səyyar qəbulda çıxış edən icra başçısı Alı Alıyev ölkəmizin bütün bölgələrində, o cümlədən, Füzuli rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş nailiyyətlərdən, görülmüş abadlıq-quruculuq işlərindən danışaraq bütün bunların vətəndaşlarımızın layiqli və rahat həyat şəraitinin təmin olunması istiqamətində ölkə rəhbərliyinin müəyyən etdiyi əsas hədəflərdən biri olduğunu vurğuladı.
RİH başçısı Alı Alıyev səyyar qəbulda iştirak edən kənd sakinlərini fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar və tövsiyyələr verdi.
Mina RƏŞİD