28.06.2025, 22:47
AZ EN
26.02.2025, 15:42 232

Kəlbəcər ictimaiyyəti Xocalı faciəsinin qurbanlarını yad edib

XƏBƏRLƏR
  • Kəlbəcər rayon ictimaiyyəti Xocalı faciəsi qurbanlarının xatirəsinin yad edilməsi üçün anım mərasimi keçirilib.

"Vətən səsi xəbər verir ki, mərasimdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Göygöl rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, hər iki rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər RİH-in məsul əməkdaşları,  idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbir iştirakçıları Gəncə şəhərində Xocalı sakinlərinin müvəqqəti məskunlaşdığı “Yeni qəsəbə-2”də ucaldılan “Xocalı” abidəsini ziyarət edib. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev abidə önünə əklil qoyub. Anım mərasimində faciə qurbanlarının ruhuna dualar oxunub.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov mərasimdəki çıxışında 1992-ci il fevralın 26-da Xocalıda törədilmiş dəhşətli soyqırımın ağır nəticələrindən söhbət açıb. O, Xocalı faciəsinin təkcə xocalılara deyil, bütün Azərbaycan xalqına qarşı yönələn soyqırımı olduğunu söpyləyərək həmin qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən olduğunu vurğulayıb. Həbib Misirov İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun şanlı qələbə qazanaraq 30 il davam edən işğala son qoyduğunu, ərazi bütövlüyünü bərpa edildiyini və şəhidlərin qisasının alındığını diqqətə çatdırıb.

Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Xocalıya həyat qayıdıb. Hazırda Azərbaycanın üçrəngli bayrağı Xocalı səmasında dalğalanır,  xocalılar öz ocaqlarını yenidən yandırıblar.

Elxan SALAHOV

Oxşar xəbərlər