Filosof Xatirə Quliyevanın “Heydər Əliyev və mənəvi-estetik dəyərlər (2002, Azərnəşr), “Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat”(2019, Elm nəşriyyatı) başlıqlı sanballı tədqiqat əsərlərindən sonra sayca 3-cü monoqrafiyası olan “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası Azərbaycan xalqının Ulu öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin 100 illiyinə həsr olunub.
AMEA-nın İctimai Elmlər Bölməsinin qərarı ilə çapa tövsiyə olunmuş “Heydər Əliyevin Böyük Siyasət Yolu” monoqrafiyası “Azərbaycan Xalqının Ulu Öndəri Heydər Əliyevin Dövr və Dünyagörüşü Problemi Tarixi Kontekstdə” (I fəsil); XX əsrin 20-40-cı illər qlobal ictimai-siyasi hadisələri və Heydər Əliyevin dünyagörüşü”; “Heydər Əliyevin Böyük Siyasət Yolu” Siyasi Sistemi. Milli-Mənəvi və Ədəbi-Estetik Dəyərlər Strategiyası” (II fəsil); “Heydər Əliyevin Böyük Siyasət Yolu” – Siyasi Sisteminin Ali İdeologiyası - Azərbaycançılıq ideyası” başlıqlı (III fəsil); “Heydər Əliyevin Böyük Siyasət Yolu”- Siyasi Sisteminin Milli Dövlət Quruculuğu İdeologiyası (IV fəsil); “Heydər Əliyevin Böyük Siyasət Yolu” Siyasi Sisteminin Milli Lider Modeli (V fəsil); “Heydər Əliyevin Böyük Siyasət Yolu” siyasi sisteminin milli və bəşəri qarantının meyarları” (VI fəsil) elmi mövzuları kontekstində tədqiq edilib.
“Heydər Əliyevin Böyük Siyasət Yolu” - monoqrafiyasının elmi məsləhətçisi və “Ön söz”ün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Elmi redaktoru AMEA-nın İctimai Elmlər Bölməsi Elmi şurası sədrinin müavini, akademik Nərgiz Axundovadır.
Hazırladı: Mina RƏŞİD