28.06.2025, 15:37
AZ EN
06.11.2024, 14:52 309

Zəfər Həftəsi çərçivəsində “Səninlə fəxr edirəm!” adlı ədəbi-bədii gecə keçirilib

XƏBƏRLƏR
  • Qarabağ Universitetinin Dram dərnəyi tərəfindən Zəfər Həftəsi çərçivəsində “Səninlə fəxr edirəm!” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbirdə dərnək üzvlərinin təqdimatında vətənpərvər şeirlərdən ibarət kompozisiya və “Səninlə fəxr edirəm!” adlı 1 pərdəli dram nümayiş olunub.

Tamaşanın ssenari müəllifi universitetin I kurs tələbəsi Fidan Xudumova, rolların ifaçıları I kurs tələbələri Aysun Kamilova, Kənan Mehdizadə, Fateh İskəndərli, Nazim İbrahimov və Nuray Əhmədlidir.

Qeyd edək ki, möhtəşəm Zəfərin dördüncü ildönümünə həsr olunan ədəbi-bədii gecədə Qarabağ Universitetinin rəhbərliyinin nümayəndələri, əməkdaşları, professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər