"Vətən səsi" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, Horadiz-Ağbənd dəmir yolunda tikinti işlərinin 58 faizi tamamlanıb. Hazırda dəmir yolda onlarla körpü və tunel, yüzlərlə mühəndis qurğusu inşa edilir. Zəngilan ərazisində üzunluğu 771 metr olan və ölkənin ən böyük dəmir yolu körpüsü sayılan yolötürücü də həmin dəmir yolu xəttinin də tikintisi davam edir.
Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə dəmir yolu infrastrukturunun bərpası çərçivəsində Ağdama və oradan Xankəndiyə uzanan dəmir yolları da yenidən qurulur.
Elxan SALAHOV