27.06.2025, 18:10
AZ EN
28.08.2024, 11:47 355

Laçında ilk səs verənlərdən biri olan Şücahət nənə 65 ildən sonra yenidən doğma yurdunda səs verəcək

XƏBƏRLƏR
  • Bu il Laçında səsvermədə iştirak edən ən yaşlı sakinlərdən biri də Şücahət xanımdır. Onun 83 yaşı var və parlament seçkilərində iştirakı üçün bildirişi təqdim olunub.

Şücahət Əliyeva İctimai Televiziyaya müsahibəsində bildirib ki, mən 18 yaşında ilk dəfə Laçında keçirilən seçkilərdə səsverən olmuşam: “Burda gözəl günlərim olub, düzdür, toy eləməmişik. Övladlarım tələbə idi. Elə eləyəsiydik, amma mümkün olmadı, köçkünlük düşdü. O vaxt bu evi yavaş-yavaş tikmişik. Biz 1966-cı ildə ailə qurmuşuq, bu evi də elə o vaxt tikmişik. Bu gün çox şad oluram. Ona görə ki, bu il mən Prezident seçkilərində də öz vətənimdə, öz Laçınımda səsvermədə iştirak etdim və öz sevdiyim, istədiyim namizədimə də səs verdim. Çox sevinirəm ki, indi də öz ev-eşiyimdə parlament seçkilərində səs verməyə hazırlaşıram.

Şücahət Əliyeva səsini elə yaşadığı Laçın şəhərində 106 saylı seçki məntəqəsində verəcək.

106 saylı Laçın seçki məntəqəsinin sədri Qardaşxan Dostuyev bildirib ki, 32 ildən sonra Laçın şəhərində Milli Məclisə seçkilər keçiriləcək: “106 saylı seçki məntəqəmiz seçkilərə hazırdır. 1320 nəfər seçicimiz var bu məntəqədə. Hal-hazırda məntəqədə bildirilişlərin paylanması gedir. 2-3 gündür başlamışıq, yekunlaşmaq üzrədir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər