"Vətən səsi" xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin keçirdiyi tenderin nəticələrinə görə hər üç şəhərdə təmizlik və abadlıq işləri “Mint Services” MMC-yə həvalə olunub.
“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında prospekt, küçə, meydan və binaların həyətinin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahələrin salınması və qulluq edilməsi xidmətlərinin satınalınması” tenderinin nəticələrinə uyğun olaraq sifarişçi təşkilatla qalib şirkət arasında ümumi dəyəri 677 min 944 manat məbləğində müqavilə də imzalanıb.
Xatırladaq ki, Bakı şəhərində fəaliyyət göstərən “Mint Services” MMC təmizlik xidməti sahəsində ən çox gəlir gətirən şirkətlərdən birdir. Bu şirkıət son 3 il ərzində 5 təmizlik tenderi ilə ümumimlikdə 3,7 milyon manatlıq sifariş alıb. Şirkərtin əsas sifarişçiləri «Bakı Konqres Mərkəzi», "Bakubus" MMC və Bakı Nəqliyyat Agentliyi olub.
Elxan SALAHOV