29.06.2025, 11:02
AZ EN
31.07.2024, 10:46 347

Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan şəxslər üçün videotəlimat hazırlanıb

XƏBƏRLƏR
  • Bu barədə Əlil Qadınlar Cəmiyyətinin təşkil etdiyi tədbirdə məlumat verilib. Qeyd olunub ki, cəmiyyət tərəfindən həyata keçirilən tədbir çərçivəsində həmçinin  maddi imkanı zəif olan ailələrdən, o cümlədən keçmiş məcburi köçkün ailələlər arasında əlilliyi olan qadınlar üçün  ictimai xidmətlərin əlçatanlığını təmin etmək məqsədilə  layihələr həyata keçirilib. Tədbirdə təlimatın təqdimatıyla yanaşı,  media mümayəndələri üçün etik davranış qaydaları ilə bağlı təlim də keçirilib.

Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova:

-Layihə ikinci ildir həyata keçirilir. BMT-nin Etimad Fondu qadınlara dəstək Fondudur. O fondun dəstəyi ilə 1386 layihənin içindən seçilmiş 25 layihədən biriyik. Videotəlimat ilk dəfədir əlilliyi olan qadınlara, qızlara şamil olunmuş qanunvericilik, istifadə qaydaları, necə müraciət eləsin, hansı zaman müraciət edə bilər, hara gələ bilər, bütün bunların hamısı videotəlimatda öz əksini tapıb.

Etika Akademiyasının rəhbəri Günel İbrahim:

- Dövlət qurumlarında işləyən insanlara əlilliyi olan şəxslərlə davranış qaydalarını daha peşəkar səviyyəyə qaldırmaqdan ötrü silsilə təlimlər keçirilir. Bu təlimlər artıq iki ildir davam edir və yüzlərlə dövlət strukturlarında işləyən məmurlara stresə davamlılıq, yeni ifadələrin  öyrədilməsi, bilirsiniz ki, BMT-nin hər iki ildən bir yenilənən  sözlər bazası olur. Yeni etik ifadələrlə zəngin treninqlərimizi keçiririk və bu çox böyük marağa səbəb olur.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər