Xocalı Rayon İcra Hakimiyyətinin müraciətinə əsasən, qeyd olunan kəndlərin sakinlərinin daimi qeydiyyat ünvanının dəyişdirilməsi zərurəti yaranıb.
Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən xüsusi səyyar qruplar formalaşdırılıb.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səyyar “ASAN xidmət” çərçivəsində Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki “Gilavar” sanatoriyasında və Ramana qəsəbəsindəki “Şuşa” şəhərciyində yaşayan müvafiq kəndlərin 150-dən çox sakininə xidmətin göstərilməsi nəzərdə tutulur.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır. (AZƏRTAC)