30.06.2025, 19:18
AZ EN
15.03.2024, 07:29 349

Füzuli sakini: Doğma yurdumuzdan çıxanda 10 yaşım var idi, indi eyni yaşlı övladımla qayıdıram

XƏBƏRLƏR
  • Füzulini tərk edəndə 10 yaşım var idi, indi eyni yaşlı övladımla qayıdıram.

Bunu doğma yurduna qayıdan Füzuli sakini Əlvan Əliyev söyləyib.

“30 il idi ki, rayonu tərk etmişdim. Məmləkətimizdən çıxanda cəmi 10 yaşım var idi. İndi artıq 10 yaşlı oğlumla qayıdıram”.

Beş ailə üzvü ilə qayıtdığını bildirən Ə.Əliyev ona bu fürsəti verən Azərbaycan ordusuna minnətdarlığını bildirib; şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyib. (Report)

Oxşar xəbərlər