Yazıçı, pedaqoq Nemət Tahirli Ağdam rayonunun işğaldan azad edilmiş Qiyaslı kəndində dünyaya gəlib. O, bu günlərdə atası ilə doğma kəndlərinə qovuşub: “Atamla kədimizə - Qiyaslıya getmişdik. Son dəfə evimizin qalıqları ilə şəkil çəkdirdik. Bu adi şəkil deyil. Bu şəkli çəkdirmək üçün 30 il gözlədik, çəkmədiyimiz əziyyət, görmədyimiz müsibət qalmadı: Biz kənddən çıxanda ata-anamın min bir əziyyətlə təzəcə tikdirdiyi 5 otaqlı gözəl evimiz, meyvə bağımız var idi. Biz kənddən çıxanda atam indiki məndən balaca idi.
Biz kənddən çıxanda ailəmiz 5 nəfər idi. İndi 2 nəfər qayıtmışıq...
Torpaq həsrəti ilə torpağa qovuşanların, bizi kəndimizə qaytaranların ruhu şad olsun”.
Amin!
Hazırladı: Mina RƏŞİD