İcma üzvləri Suqovuşan qəsəbəsində və Talış kəndində Alban məbədlərini ziyarət edib, dini ayinlər həyata keçiriblər, respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxuyublar.
Alban-Udi xristian dini icmasının sədr müavini Rafik Danakarı jurnalistlərə müsahibəsində deyib: “Bu gün Silahlı Qüvvələr Günü ilə əlaqədar Talış kəndində və Suqovuşan qəsəbəsində olan məbədləri ziyarət etməyə gəlmişik. Zabitlərimizi, əsgərlərimizi təbrik edirik. Arzu edirik ki, Azərbaycan torpaqlarında bir daha müharibə olmasın. Biz sülhsevən xalqıq, qonaqpərvər xalqıq. Bu gün də gəlmişik şəhidlərin ruhuna dualar edək, şamlar yandıraq, qazilərə Allahdan şəfa diləyək”.