Səyyar qəbulda RİH-in məsul əməkdaşları, Rayon prokuroru, Füzuli RPŞ-nin rəhbərliyi, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Qəbulda çıxış edən rayon rəhbəri vətəndaşlarla səyyar qəbulların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq keçirildiyini qeyd edib.
Qəbul zamanı sakinlərin səsləndirdiyi məsələlərin həlli ilə bağlı onlara qanunamüvafiq izahatlar verilib. Bəzi məsələlər yerindəcə həll edilib. Həlli vaxt tələb edən bir sıra məsələlərlə bağlı aidiyyəti təşkilat rəhbərlərinə tapşırıq verilib və icrası nəzarətə götürülüb.
Mina RƏŞİD