Bu sözləri ata-baba yurduna qayıdan Füzuli sakini Fərid Məmmədov deyib.
“Torpaqlarımız işğaldan azad edildikdən sonra bir dəfə Füzuliyə səfər etmişəm. Orada insanı tamam başqa hisslər bürüyür. Bir anlıq o torpaqlar uğrunda igidlərimizin necə vuruşduğu gözlərimdə canlandı. Orada yaşamağımız üçün gözəl şərait yaradılıb, evlər tikilib. Füzulinin əsl sakinləri qayıdır”, – deyə Fərid Məmmədov qeyd edib.
Füzuli sakini dövlətimizin başçısına, torpaqlarımızın azadlığı uğrunda döyüşən qəhrəman Vətən oğlanlarına da təşəkkürünü bildirib. (AZƏRTAC)