O, 1989-cu il avqustun 26-da Cəlilabad rayonunun Zopun kəndində anadan olub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
İlqar Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi zamanı igidlik göstərərək Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə cəsurluq nümunələri göstərib. Yüksək peşəkarlığına görə ona “Mübariz” postunda xidmət göstərmək tapşırılıb. Sentyabrın 29-da Talış kənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Silahlı Qüvvələrin baş leytenantı İlqar Zeynalov ölümündən sonra "Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Ailəli idi, iki övladı Vətənə əmanət qalıb.
Ötən il Cəlilabad rayonunun mərkəzi küçələrindən birinə şəhidimizin adı verilib.
Tahirə AĞAMİRZƏ